"O, Lionel Messi və Kriştiano Ronaldodan güclü idi"

20 Aprel 00:10 Dünya futbolu 2 970
"O, Lionel Messi və Kriştiano Ronaldodan güclü idi"

“Roma”nın keçmiş futbolçusu Françesko Totti eyni komandada kiminlə oynamaq istədiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq hücumçu bunu deyib:

“Braziliyalı Ronaldo ilə oynamaq istərdim. O, Lionel Messi və Kriştiano Ronaldodan güclü idi.

Bunlar qeyri-adi üç fərqli oyunçudur. Dieqo Maradonadan sonra Ronaldonu seçərdim. Onlar insan deyildilər”.

Totti bütün karyerasını “Roma”da keçirib. O, bu klubda 785 oyun keçirib və A Seriyası çempionluğunu, iki İtaliya kubokunu, iki ölkə superkubokunu qazanıb. Totti İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var