“2013-cü ildə Messi və Ronaldo məndən daha yaxşı deyildi”

23 Mart 01:40 Dünya futbolu 490
“2013-cü ildə Messi və Ronaldo məndən daha yaxşı deyildi”

“Bayern”in keçmiş cinah oyunçusu Frank Riberi 2013-cü ildə haqsız olaraq “qızıl top”u qazanmadığını düşünür.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, bu səsverməni ədalətsiz adlandırıb:

“Mükəmməl bir il idi. Daha yaxşı bir il keçirə bilməzdim. Bu “qızıl top” mükafatlandırması həmişə ədalətsizlik olaraq qalacaq.

Hələ də izahat axtarıram. Səsvermə müddətinin niyə iki həftədən çox uzadıldığını heç vaxt başa düşə bilmərəm.

Lionel Messi və Kriştiano Ronaldo mənə həmişə hörmətlə yanaşıblar. Onların səviyyəsində olduğumu bilirdilər.

Bütün hörmətlə, 2013-cü ildə onlar məndən daha yaxşı deyildi”.

Səsvermənin nəticələrinə görə, fransalı futbolçu üçüncü yeri tutub. Mükafatı Ronaldo qazanıb, ikinci yerdə isə Messi qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR