UEFA açıqladı - Futbol tarixinin ən bahalı heyəti

8 Mart 2025 00:10 Dünya futbolu 829
UEFA açıqladı - Futbol tarixinin ən bahalı heyəti

“Çelsi”nin 2024-cü ildəki heyəti futbol tarixində ən bahalı heyət olub.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

London klubunun futbolçularının ümumi dəyəri 1,656 milyard avro təşkil edib. Əvvəlki rekord 1,332 milyard avro ilə 2020-ci ildə “Real”a məxsus idi.

2024-cü ildə ən bahalı üç klubun siyahısına həmçinin “Mançester Siti” (1,294 milyard avro) və “Mançester Yunayted” (1,098 milyard avro) daxil olub.

Hazırda “Çelsi” 46 xalla Premyer Liqanın turnir cədvəlində beşinci yerdə qərarlaşıb və lider “Liverpul”dan 21 xal geri qalır.

London klubu sonuncu dəfə 2016/17 mövsümündə İngiltərə çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var