Keçmiş klubundan təklif aldı – 30 yaşlı hücumçu

2 Yanvar 2025 01:30 Dünya futbolu 622
Keçmiş klubundan təklif aldı – 30 yaşlı hücumçu

Memfis Depay yaxın gələcəkdə Avropa futboluna qayıda bilər.

Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçuya cazibədar təklif gəlib.

Belə ki, PSV Depayı yenidən sıralarına qaytarmaq istəyir. Artıq danışıqlar prosesi gedir.

Niderlandlı hücumçu özünü Braziliya “Korintians”ında rahat hiss edir, ancaq PSV-nin təklifi onu cəlb edir. O, bu klubda 2015-ci ilin yayında “Mançester Yunayted”ə keçməzdən əvvəl çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti