Dörd il millinin baş məşqçisi oldu, axırda QOVULDU!

21 İyun 2024 18:40 Dünya futbolu 978
Dörd il millinin baş məşqçisi oldu, axırda QOVULDU!

Uels yığmasının baş məşqçisi Rob Peyc postunu tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

49 yaşlı uelsli mütəxəssis 2020-ci ildən milli komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında milli 45 oyun keçirib, 15 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 15 oyunda məğlub olub.

Uels yığması iyun ayında 2 yoldaşlıq oyunu keçirib: Cəbəllütariqlə heç-heçə edib (0:0), Slovakiyaya (0:4) uduzub.

Komanda əvvəllər Polşaya pley-offda uduzaraq (0:0, penaltilər 4:5), AÇ-2024-ə vəsiqə qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var