"O, komandamızın hücumunu gücləndirmək üçün gəlir"

10 Fevral 2024 00:20 Dünya futbolu 450
"O, komandamızın hücumunu gücləndirmək üçün gəlir"

“Qremio” “Atletiko” və “Çelsi”nin sabiq hücumçusu Dieqo Kostanın transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçunun yaxın günlərdə Porto Aleqreyə gələrək tibbi müayinədən keçməsi və 2024-cü ilin sonuna qədər olan müqavilə imzalaması gözlənilir.

Hətta klub bununla bağlı paylaşım edib:

“O ispaniyalıdır, amma getdiyi yerdə Braziliya qanı və titulları var! Dieqo Kosta komandamızın hücumunu gücləndirmək üçün gəlir.

Dəfələrlə çempion olan o, artıq sarı və qırmızı rənglərdə geyinib, indi də üçrəngli bayrağımızı qoruyacaq. Xoş gəldin!”.

Kosta komandaya azad agent kimi qoşulub. Onun “Botafoqo” ilə müqaviləsi yanvarın 1-də başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!