Azərbaycanda tanınmış futbolçu stadiondan xəstəxanaya aparıldı - VİDEO

12 Aprel 15:15 Dünya futbolu 4 802
Azərbaycanda tanınmış futbolçu stadiondan xəstəxanaya aparıldı - VİDEO

«Difai» I Liqanın 21-ci turunda «Araz»ın qonağı oldu.

Saatlıda keçirilən qarşılaşma autsayderlər qrupunu yaxından maraqlandırırdı.

Qalib gələn tərəf çempionatda qalmaq şansını artıracaqdı. «Fədailər» hər iki hissədə 2 cavabsız qol vuraraq, böyükhesablı qələbə əldə etdi və 9-cu pillədəki mövqeyini möhkəmlətdi.

Qarabağ qazilərinin təmsilçisi bu uğura ən qədər sevinsə də, qarşılaşmanın son dəqiqələrində yaşanan bir hadisənin üzüntüsünü üzərindən ata bilmədi.

Komandanın aparıcı simalarından İlham Allahverdiyev 84-cü dəqiqədə rəqiblə ikili mübarizənin nəticəsində ağır zədə aldı, yerdə qaldı.

«Neftçi»nin yetirməsi olan hücumçu meydandan xərəkdə çıxarıldı, stadiondan birbaşa Saatlı Mərkəzi Xəstəxanasına aparıldı.

Ağrılar içində qovrulan forvardın zədəsi rentgen edilib, ona çiyin çıxığı diaqnozu qoyulub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU