"Yoxdur və olmayacaq"

24 Sentyabr 2022 12:00 Dünya futbolu 381
"Yoxdur və olmayacaq"

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi növbəti dəfə Avropa Superliqası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o deyib:

"Avropa Superliqasını yaratmaq istəyən komandalar UEFA turnirlərində iştirak edir və orada uğurlarını qeyd edirlər. Hər şey yaxşıdır. Hazırda Superliqa deyilən bir turnir yoxdur və olmayacaq”.

2021-ci ildə aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar.

Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti