Bu ölkədə DÇ-2022-nin oyunları canlı yox, 2-3 gün sonra yayımlanır

10 Dekabr 2022 10:20 Dünya çempionatı 534
Bu ölkədə DÇ-2022-nin oyunları canlı yox, 2-3 gün sonra yayımlanır

Şimali Koreyanın dövlət televiziyası DÇ-2022 zamanı ilk dəfə olaraq Cənubi Koreya komandasının oyununu yayımlayıb.

Sportinfo.az xəbər verir ki, ölkənin mərkəzi televiziyası Cənubi Koreyanın 1/8 finalda Braziliyaya 1:4 hesabı ilə uduzduğu oyunu nümayiş etdirib.

Bu, Cənubi Koreya komandasının KXDR-in mərkəzi televiziyasının efirində nümayiş olunan yeganə oyunu olub.

Bundan əvvəl DÇ-2022-nin bütün oyunları, o cümlədən ABŞ və Yaponiya komandalarının iştirakı ilə keçirilən matçlar Şimali Koreyada yayımlanıb.

Belə hallar 2014 və 2018-ci illər dünya çempionatlarında yaşanmayıb.

Həmçinin o da bildirilir ki, Şimali Koreyada matçlar bütün dünya ölkələrində olduğu kimi canlı deyil, 2-3 gündən sonra yayımlanır.

Ehtimal edilir ki, Cənubi Koreyanın da matçı onların oyununun nəticəsi müəyyənləşdikdən 2-3 gün sonra efirə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!