Çıxdı buz üstə qoçaq – Yığmamızın 4 üzvü Moskvada parlamaq niyyətindədir

20 Sentyabr 2020 22:00 Digər növlər 635
Çıxdı buz üstə qoçaq – Yığmamızın 4 üzvü Moskvada parlamaq niyyətindədir

Dörd azərbaycanlı fiqurlu konkisürən bu ilin noyabrında keçirilməsi planlaşdırılan Moskva Qran-Prisinə qatıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qış Odman Növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev məlumat verib.

O qeyd edib ki, Beynəlxalq Konkisürmə Birliyi (ISU) Rusiyada yaşayan əcnəbi fiquristlərə Moskva Qran-Prisində iştirak etməyə icazə verib. Qran-Prinin noyabrın 20-22-də baş tutacağı gözlənilir.

Yekaterina Ryabova və Vladimir Litvintsevdən savayı, Moskva turnirində həmçinin Azərbaycanın rəqs cütlüyü Yuliya Əliyeva - Artur Biktimirov çıxış edə bilər.

“Əliyeva ilə Biktimirovun iştirakı hələ sual altındadır, çünki onlar yuxarı yaş kateqoriyasına hələ təzə keçiblər. Bu səbəbdən onların Qran-Pri seriyasından olan turnirlərdə iştirak etmək üçün reytinqləri yoxdur. Ancaq iştirakçıların sayı az olarsa, onları da Moskvada buz üstünə dəvət edə bilərlər”, - Quliyev deyib.

Vitse-prezident onu da qeyd edib ki, Moskva Qran-Prisinin keçirilməsi də koronavirus pandemiyasına görə hələ sual altındadır.

Bildirək ki, Moskva Qran-Prisindən əvvəl azərbaycanlı fiquristlər oktyabrda Minskdə keçirilməsi planlaşdırılan beynəlxalq turnirə də qatıla bilərlər. Minsk turniri baş tutarsa, o, koronavirus pandemiyası başlayandan bəri azərbaycanlı fiquristlər üçün ilk beynəlxalq yarış ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti