Azərbaycan yığmasının üzvü niyə Bəhreyn forması ilə çıxış edib?

18 Sentyabr 2020 20:20 Digər növlər 791
Azərbaycan yığmasının üzvü niyə Bəhreyn forması ilə çıxış edib?

Azərbaycanlı velosipedçi Elçin Əsədov Türkiyədə üçüncü olub.

Sportinfo.az xəbər verir ki, şose velosipedi üzrə Elit yığma komandamızın üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edərək bürünc medal qazanıb.

Lakin idmançımızın medal kürsüsündə Azərbaycan yox, Bəhreyn sözü yazılmış formada çıxış etməsi təəccüblü görünüb. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Velosiped İdmanı Federasiyası ilə əlaqə saxladıq.

“Orada Bəhreynin Velosiped Akademiyası komandası da iştirak edib. Elçin də kontinental bu komandanın tərkibində yer alıb. Amma orada Azərbaycan millisi də ayrıca iştirak edib”, - Federasiyadan bildirilib (oxu.az).

Elçin Əsədov bu ayın sonları İtaliyada baş tutacaq dünya çempionatında Azərbaycanı təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!