"Karyeramı burada başa vuracam" - Musayev açıqladı

16 Sentyabr 08:50 Digər növlər 751
"Karyeramı burada başa vuracam" - Musayev açıqladı

"Maraqlı qarşılaşmalar olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev noyabrın 4-də Bakıda təşkil olunacaq "Landmark 7" turniri ilə bağlı danışarkən deyib.

İdmançı Azərbaycanda bu cür yarış keçirildiyi üçün təşkilatçılara təşəkkür edib:

"Öz döyüşümüzlə gənclərə örnək olmaq istəyirik. "Rizin"də 2019-cu ildə çempion olandan sonra "Bellattor"da mübarizə aparıram.

Burada qonaq kimiyəm. Amma karyeramı "Rizin"də başa vuracağam. Rəqibim güclü idmançıdır. Həmişə iddialı döyüşçülərlə üz-üzə gəlmək istəyirəm".

Digər Azərbaycan təmsilçisi Tural Rəhimov "Rizin"də döyüşməyi çoxdan istədiyini vurğulayıb. "Öz azarkeşlərimizin qarşısında çıxış etmək fəxrdir. Bütün fanatları gözəl döyüşlər gözləyir".

Mehman Məmmədov və Nəriman Abbasov isə maraqlı qarşılaşmaların olacağını və məsuliyyəti dərk etdiklərini söyləyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu