Gimnastika millimizdən İtaliyaya dəstək: "SİZİNLƏYİK" - VİDEO

18 Mart 2020 16:28 Digər növlər 544
Gimnastika millimizdən İtaliyaya dəstək: "SİZİNLƏYİK" - VİDEO

Bədii gimnastika üzrə Azərbaycan millisi koronavirus pandemiyasının əsas ocaqlarından olan İtaliyaya dəstək nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, yığmamızın üzvləri xüsusi videoçarx hazırlayıb və İtaliyaya səslənib:

"Dünyadakı durum heç də yaxşı deyil. Hamımız narahatıq, amma bir-birimizə qarşı mehribanlıq və diqqət fonunda bunun öhdəsindən gələcəyimizə əminik.

Qlobal pandemiya ilə mübarizədə İtaliyanı və italiyalı gimnastları dəstəkləyirik. Biz sizinləyik! Sizə təhlükəsizlik və sağlamlıq diləyirik. Hər şey yaxşı olacaq. Bir nəfər hamı, hamı bir nəfər üçün”.

Digər Xəbərlər
Xəbər Lenti