Gimnastlarımız Polşada 2 medal qazandı

2 Dekabr 2019 19:50 Digər növlər 581
Gimnastlarımız Polşada 2 medal qazandı

Azərbaycanın qadın idman gimnastları Polşanın Katovitse şəhərində keçirilmiş “Barborka Cup 2019” turnirində 2 medal qazanıb.

Sportinfo.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, gənclər yaş qrupunda çıxış edən Milana Minakovskaya 48,634 balla çoxnövçülükdə qızıl medala yiyələnib.

Bu yaş kateqoriyasında iştriak edən daha bir gimnast Nazənin Teymurova isə yarışı 11-ci yerdə bitirib. Daha bir medala yeniyetmələr arasında çıxış edən Məryəm Musayeva sahib olub. O, 52,267 balla çoxnövçülükdə 3-cü yeri tutub. Musayeva ilə eyni qrupda çıxış edən Duyğu Məcidzadə isə 8-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?