Almaniyada keçirilən beynəlxalq turnirində çıxış edəcək - Azərbaycan gimnastları

2 Mart 15:20 Digər növlər 393
Almaniyada keçirilən beynəlxalq turnirində çıxış edəcək - Azərbaycan gimnastları

Azərbaycan gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçiriləcək “Gymnastic International 2024” beynəlxalq turnirində çıxış edəcəklər.

Sportinfo.az xəbər verir ki, bədii gimnastika üzrə yarışda gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova mübarizə aparacaqlar.

Onlara məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadə rəhbərlik edəcəklər.

Beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova turnirdə ölkəmizi hakim kimi təmsil edəcək.

Bu gün startı veriləcək beynəlxalq turnirə martın 3-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti