Azərbaycan millisi təlim-məşq toplanışı üçün Milana getdi

13 Mart 2024 18:20 Digər növlər 763
Azərbaycan millisi təlim-məşq toplanışı üçün Milana getdi

Bədii gimnastika üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün İtaliyanın Milan şəhərinə yollanıb.

Sportinfo.az-ın Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, komandaya qurumun idman direktoru Natalya Bulanova, məşqçilər Siyana Vasileva və Yevgeniya Vilyayeva rəhbərlik edəcəklər.

Fərdi gimnastlar Mədinə Dəmirova, Alina Məmmədova, Leyli Ağazadə, eləcə də böyüklərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina hazırlıqda iştirak edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM