Baş katib: “Hesab edirəm ki, bu, tarixi hadisədir”

23 Fevral 03:40 Digər növlər 496
Baş katib: “Hesab edirəm ki, bu, tarixi hadisədir”

"Dünya Kuboku gimnastlar üçün sınaq xarakteri daşıyır. İdmançılar burada yeni gimnastika qaydalarını əks etdirən elementlər nümayiş etdirirlər".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Finala vəsiqə qazanan Azərbaycan idmançılarının fəxri kürsüdə yer alacaqlarına inandığını bildirən baş katib əlavə edib:

“İdmançılarımız tamblinq, batut gimnastikası və sinxron çıxışlarda yaxşı nəticələr göstərərək sabah keçiriləcək final və yarımfinal mərhələlərinə yüksəliblər. Bu gün, həmçinin gimnastikasevərlər ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklərin performansına şahidlik etdilər. Hesab edirəm ki, bu, idmanımız üçün tarixi hadisədir".

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq. Yarışda 15 ölkədən idmançılar güclərini sınayırlar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?