Azərbaycan gimnastları iki qızıl medal qazandı - "GymCity Open"də

27 Oktyabr 2024 16:55 Digər növlər 457
Azərbaycan gimnastları iki qızıl medal qazandı -

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yeri tutublar.

Onlar fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti