Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru üzv seçildi - FOTO

26 Oktyabr 2024 18:20 Digər növlər 862
Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru  üzv seçildi - FOTO

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının Qətərin paytaxtı Dohada keçirilən 85-ci Hesabat-seçki Konqresində qurumun bədii gimnastika üzrə Texniki Komitəsinə yenidən üzv seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.

49 yaşlı beynəlxalq dərəcəli hakim daha əvvəl də Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsində yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!