Azərbaycan gimnastları finala vəsiqə qazandı - Gimnaziadada

26 Oktyabr 2024 15:40 Digər növlər 657
Azərbaycan gimnastları finala vəsiqə qazandı - Gimnaziadada

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada iştirak edən Azərbaycan gimnastları finala vəsiqə qazanıblar.

Sportinfo.az xəbər verir ki, aerobika gimnastikası üzrə yarışda iştirak edən təmsilçilərimizdən Sara Əlixanlı və Məryəm Topçubaşova fərdi olaraq həlledici mərhələyə yüksəliblər.

Üçlük proqramında Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova uğuru çıxışları ilə yadda qalıblar.

Qrup hərəkətlərində isə Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya finala adlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada