Portuqaliyada 3-cü “qızıl” - Azərbaycan gimnastlarından

22 Sentyabr 2024 13:10 Digər növlər 939
Portuqaliyada 3-cü “qızıl” - Azərbaycan gimnastlarından

Azərbaycan gimnastları Raziyə Seyidli və Ağasif Rəhimov da Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələyib.

Bu Portuqaliyadakı turnirdə çıxış edən Azərbaycan gimnastlarının ümumilikdə 3-cü qızıl medalı olub.

Buna qədər kişi cütlük Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.

Sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada