Yenidən Bakıya gələn İtaliya millisinin baş məşqçisi dedi ki…

11 Mart 2024 03:00 Digər növlər 1 215
Yenidən Bakıya gələn İtaliya millisinin baş məşqçisi dedi ki…

"İki ildən sonra yenidən Bakıda olmaq çox xoşdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri gimnastika üzrə İtaliya millisinin baş məşqçisi Marsello Barbieri Bakıda keçirilən Dünya Kubokundakı çıxışları barədə danışarkən deyib.

Mütəxəssis komanda olaraq yarışı dördüncü yerdə bitirdiklərini bildirib:

"Gimnastlarımdan razı qaldım. Ancaq təəssüflər olsun ki, finala vəsiqə qazana bilmədik.

Daha yaxşısını bacarmaq potensialımız var. Gələcək yarışlarda uğurlu nəticələr qazanmaq istəyirik".

O, gimnastlarının "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şanslarından da söz açıb: "Bu barədə danışmaq tezdir. Hər şeyi gələcək göstərəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti