Azərbaycan gimnastları Polşada 6 medal qazandı

10 Mart 2024 20:50 Digər növlər 629
Azərbaycan gimnastları Polşada 6 medal qazandı

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində altı medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, milli komandanın heyətində tamblinq növü üzrə Adil Hacızadə və Aleksey Karataşov qızıl, Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov isə bürünc mükafata yiyələnib. Batut gimnastikasında isə Fərhad Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirə bu gün – martın 10-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM