"Bu il Dünya Kuboku gimnastlar üçün xüsusilə əhəmiyyətlidir"

9 Mart 08:40 Digər növlər 9 084
"Bu il Dünya Kuboku gimnastlar üçün xüsusilə əhəmiyyətlidir"

"Bu il Dünya Kuboku gimnastlar üçün xüsusilə əhəmiyyətlidir.

Çünki bu yarışlar Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə bildirib.

"Ümumilikdə 300-ə yaxın idmançı bu turnirdə mübarizə aparır. Onların böyük hissəsi kişilərdir.

Gimnastımız Nikita Simonov da bu yarışlarda çıxış edəcək. Bundan öncə keçirilən turnirlərdə o, 45 idmançı arasında halqalar ilə çıxışda 1-ci yeri tutub.

Ümid edirik ki, Almaniyadakı uğurlu çıxışını Bakıda, yerli publika önündə davam etdirəcək. İvan Tixonov və digər gənc idmançılarımız da mübarizə aparacaqlar.

Qadın idman gimnastı Nazənin Teymurovanın da öz çıxışı ilə tamaşaçıları sevindirəcəyinə ümid edirik", - deyə N.Məmmədzadə vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!