"Difai" öz qapılarını qız və oğlanların üzünə açdı - VİDEO+FOTOREPORTAJ

6 Mart 2024 10:40 Digər növlər 601
"Difai" öz qapılarını qız və oğlanların üzünə açdı - VİDEO+FOTOREPORTAJ

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası 5 mart Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş yarış keçirib.

2009-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında qılıncoynatmanın rapira növü üzrə turnir «Difai» İdman Klubunun zalında təşkil edilib.

Burada «Difai», «Fencing», «Escrime» və «Yaquar» İdman Klublarının idmançıları mübarizə aparıb. Qızlar arasında 10, oğlanlar arasında 7 nəfər öz qüvvəsini sınayıb.

QALİBLƏR
Qızlar:

1-ci yer Nuray Dadaşova (56 saylı məktəb/DİFAİ)
2-ci yer Riana Mustafayeva (56 saylı məktəb/ESKRİM İK)
3-cü yer Banuçiçək Cəfərova (56 saylı məktəb/YAQUAR)
3-cü yer Mədinə Məhərrəmova (56 saylı məktəb/FENCİNG İK)

Oğlanlar:
1-ci yer Sami Paşa (Zirvə liseyi/FENCİNG İK)
2-ci yer Müslim Quliyev (56 saylı məktəb/DİFAİ İK)
3-cü yer Edqar Mustafayev (56 saylı məktəb/YAQUAR İK)
3-cü yer Mikayıl (27 saylı məktəb/ESKRİM İK)

Təltifnamə
Clement Lebecq (Fransa liseyi/DİFAİ İK)
Əminə Həsənbəyova (Fransa liseyi/FENCİNG İK)
Lou Le Duff (Fransa liseyi/ESKRİM İK)
Leon Le Duff (Fransa liseyi/ESKRİM İK)

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti