"Yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən"

4 Mart 03:00 Digər növlər 205
"Yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən"

"Çox sevinirəm ki, iki ay yarımdır zədə səbəbindən idmandan uzaqlaşmağıma baxmayaraq, qızıl medala yiyələndim".

Sportinfo.az xəbər verir ki, bu sözləri Bakıdakı Dünya Kubokunda qızıl medal qazanan batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin deyib.

Gimnast yarışdan əvvəl çətin hərəkətlərdən istifadə etməyi planlaşdırdığını, lakin bunun istədiyi kimi alınmadığını vurğulayıb.

İlk çıxışında ona verilən yüksək xalın sonradan aşağı salınmasının səbəbinə də aydınlıq gətirən M.Malkin deyib:

“Birinci çıxışımda “çətinliy”ə 11 min 500 xal verildi və rəqiblərim arasında ilk pilləyə yüksəldim. Lakin məşqçimə mənə verilən xalın yüksək olduğunu və aşağı salınmasını tələb etdiyimi hakimə bildirməyini istədim.

Beləliklə, ikinci sıraya enərək portuqaliyalı rəqibimdən 100 xal geri qaldım. Növbəti və son çıxışımda isə yüksək nəticə göstərərək birinci yerin sahibi oldum.

Hansı idman növü ilə məşğul olmağına baxmayaraq, dürüst olmalısan. Rəqiblərimin hamısı məni yaxşı tanıyır, xarakterimi bilir.

Onların hər biri mənə idmançı kimi hörmət edirlər. Turniri bürünc mükafatla başa vuran portuqaliyalı rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən".

M.Malkin bildirib ki, əsas məqsədi bir aydan sonra Portuqaliyanın Gimarayeş şəhərində təşkil olunacaq Avropa çempionatından da qızıl mükafatla ayrılmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!