Gimnastlarımız beynəlxalq turnirdə bürünc medal qazandı

2 Mart 21:40 Digər növlər 244
Gimnastlarımız beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycan gimnastika millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” beynəlxalq turnirində bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Gimnastika Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, komandamız bədii gimnastika növündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Millimizin heyətində gənc gimnastlar- Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!