“Buradan qalib ayrılmaq üçün əlimizdən gələni etdik”

31 Oktyabr 2023 02:20 Digər növlər 497
“Buradan qalib ayrılmaq üçün əlimizdən gələni etdik”

“Yarış istədiyimiz keçdi. Rəqib komandaların güclü olmasına baxmayaraq, qalib olacağımıza inanırdıq.

Yarışdan qalib ayrılmaq üçün əlimizdən gələni etdik və olduq”.

Sportinfo.az xəbər verir ki, bunu akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının qızıl medal qazanmış üzvü Ağasif Rəhimov deyib.

“Xallarımız yüksək idi, hər kəsdən çox irəlidə olduq. 2021-ci ildəki Avropa çempionatında cüzi fərqlə ikinci olmağımızdan dərs çıxardaraq maksimum xal topladıq”, – gənc idmançı vurğulayıb.

Bolqarıstanın Varna şəhərində keçirilən akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti