AÇ-də uğurla çıxış etmiş gimnastlarımız vətənə qayıtdı

24 Oktyabr 2023 21:40 Digər növlər 727
AÇ-də uğurla çıxış etmiş gimnastlarımız vətənə qayıtdı

Bolqarıstanın Varna şəhərində keçirilən akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri vətənə qayıdıblar.

Sportinfo.az xəbər verir ki, gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri yarışı 7 qızıl və 2 gümüş medalla başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM