“Mingəçevir reqatası-2023”də 8 ölkədən 14 komanda iştirak edəcək - VİDEO

23 Oktyabr 2023 12:20 Digər növlər 484
“Mingəçevir reqatası-2023”də 8 ölkədən 14 komanda iştirak edəcək - VİDEO

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 25-27 oktyabr tarixlərində ənənəvi “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri keçiriləcək.

Sportinfo,az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq reqatada 8 ölkə- Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 14 komanda mübarizə aparacaq.

Yarışda 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı iştirak edəcək. Federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməyinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır.

“Mingəçevir Reqatası-2023” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti