Azərbaycanın akrobatika gimnastikası yığması Avropa çempionatının finalında

20 Oktyabr 2023 21:40 Digər növlər 631
Azərbaycanın akrobatika gimnastikası yığması Avropa çempionatının finalında

Azərbaycanın akrobatika gimnastikası yığması Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anaita Bəşiridən ibarət qrup (gənclər) balans hərəkətlərində həlledici mərhələyə vəsiqə qazanıb.

Daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə temp hərəkətlərində qızıl medala sahib olublar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM