Azərbaycan gimnastları Bolqarıstana yollandı - Avropa çempionatı üçün

16 Oktyabr 2023 15:40 Digər növlər 519
Azərbaycan gimnastları Bolqarıstana yollandı - Avropa çempionatı üçün

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstana yollanıb.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, idmançılar Varna şəhərində keçiriləcək 31-ci Avropa çempionatında çıxış edəcəklər.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynova ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü turnirdə qüvvələrini sınayacaqlar.

31-ci Avropa çempionatı oktyabrın 18-22-si aralığında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti