Yeni prezident mərkəzə gəldi, tapşırıq verdi: Ən yaxşı şəraiti yaradın

3 Oktyabr 2023 08:50 Digər növlər 908
Yeni prezident mərkəzə gəldi, tapşırıq verdi: Ən yaxşı şəraiti yaradın

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) yeni prezidenti Kamran Nəbizadə yığma komandalarımızın təlim-məşq bazası olan Ağır Atletika Mərkəzində olub.

Sportinfo.az xəbər verir ki, o, burada yaradılan şəraitlə tanış olub, məşq və yarış zalı, tibb, tədris, istirahət və digər otaqları gəzib, maddi-texniki təminatın vəziyyətini öyrənib, onun yaxşılaşdırılması barədə fikir mübadiləsi aparıb, rəy və təkliflərini verib.

Federasiya prezidenti idmançıların yüksək nailiyyətlər qazanması üçün onlara ən yaxşı şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti