FOTO - Azərbaycanda bu federasiyanın adı dəyişdi

3 Oktyabr 2023 03:00 Digər növlər 596
FOTO - Azərbaycanda bu federasiyanın adı dəyişdi

Azərbayca Ağır Atletika Federasiyasının yeni prezidenti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Sənaye Korporasiyası ASC-ni baş direktoru, sabiq millət vəkili Kamran Nəbizadə federasiyanın rəhbəri seçilib.

O bu postda Ali Məhkəmənin Sədri İnam Kərimovu əvəzləyib. Həmçinin federasiyanın vitse-prezidentləri də məüyyənləşib.

Azərbaycanın əməkdar məşqçisi, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov və “Silk Way Group”un vitse-prezidenti Mirsəməd Mövsümzadə vitse-prezidentlər təyin edilib.

Həmçinin federasiyanın adı da dəyişdirilib. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti