Federasiyanın yeni vitse-prezidenti kimdir? – ARAŞDIRMA

29 Sentyabr 2023 17:20 Digər növlər 828
Federasiyanın yeni vitse-prezidenti kimdir? – ARAŞDIRMA

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının yeni seçilmiş vitse-prezidenti Mirsəməd Mövsümzadənin kim olduğu məlum olub.

Sportinfo.az xəbər verir ki, prosport.az bunu araşdırıb.

Mirsəməd Mövsümzadə Eldar oğlu ötən ilin iyunun sonlarında "Silk Way Group"un törəmə şirkəti olan “Silk Vey Vest Aviaşirkəti” (Silk Way West Airline) MMC-nin Müşahidə Şurasına üzv seçilib.

Həmin şirkətin Müşahidə Şurasının sədrinin isə Zaur Axundov olduğunu xatırladaq. Bu şirkət isə indiki Gənclər və İdman Nazirliyinin rəhbərliyinə yaxındır.

Əvvəlcə Zaur Axundov Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin üzvü vəzifəsinə gətirilib, daha sonra bu şirkət Bakıda noyabrın 4-də keçiriləcək "Rayzin" təşkilatının döyüş gecəsinə sponsorlardan biri olub.

Həmçinin, .Mövsümzadə “İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü olub. Bu şirkətin səhmlərinin 77,48%-i isə AZAL-ın sabiq rəhbəri Cahangir Əsgərovun qızları Cəmilə və Məlahət Əsgərovalara məxsus olub.

Cahangir Əsgərov isə ötən ilin fevralınadək Ağır Atletika Federasiyasının prezidenti vəzifəsini daşıyıb.

M.Mövsümzadə əvvəllər "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri olub.

Mirsəməd və Nəzrin Mövsümzadələr, eləcə də Mirsəməd Mövsümzadənin atası Eldar Mövsümzadə 2007-ci ildə Çexiyanın paytaxtı

Praqada 200 min kron nizamnamə kapitalı ilə təsis edilmiş MOVEL GRUP SRO şirkətinin də təsisçiləridir. Bu şirkətin qeydiyyat sənədlərində onların Rusiya vətəndaşları olduqları qeyd olunub.

Federasiyanın digər vitse-prezidenti Dövlət Sərhəd Xidmətinin polkovniki, "Sərhədçi" İdman Mərkəzinin rəis müavini və "Sərhədçi" Peşəkar İdman Klubunun rəhbəri Firdovsi Umudovdur.

Bu 2 şəxs vitse-prezident olanadək federasiyada Səbuhi Mehdizadə eyni funksiyanı daşıyıb. Lakin o, bu ilin əvvəlində – federasiyanın sabiq prezidenti İnam Kərimovdan əvvəl postunu tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 May 11:30 Gəlin, TANIDAQ!