"Buradakının da digərlərindən fərqi olmayacaq"

18 Sentyabr 2023 07:50 Digər növlər 629
"Buradakının da digərlərindən fərqi olmayacaq"

"Azərbaycan rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bizə şərait yaratdıqları üçün minnətdarlığımı bildirirəm.

Təşkilatımız 2015-dən fəaliyyət göstərir. Azərbaycandakı turnir xaricdəki ilk yarışımızdır.

Buradakının da digərlərindən fərqi olmayacaq. Daha güclü yarış təqdim edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Rizin" Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.

Funksioner tədbir iştirakçılarına təşəkkür edib: "Bu turnir tək sizin medianızda yox, Yaponiya və digər ölkələrdə də yayımlanacaq. Bakıda 10 döyüş baş tutacaq".

Milli Gimnastika Arenasındakı yarışda Azərbaycan döyüşçülərindən Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Tural Rəhimov və Nəriman Abbasov iştirak edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!