COP29

“Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq”

27 May 2023 02:50 Digər növlər 434
“Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq”

“Bakı-2023-ü Azərbaycanın öz arenasında qazandığı qızıl medalla başa vururuq!”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər Avropa Gimnastikasının “Twitter” hesabında Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı ilə bağlı paylaşımda yer alıb.

Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub.

Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?