
Futzal üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
"Neftçi İdman Klubu" "Rəvan" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada inamla çıxış edən “ağ-qaralar” rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb və finala vəsiqəni təmin edib.
“Neftçi İK”nın finaldakı rəqibi MUM-u 7:1 hesabı ilə darmadağın edən “Baku Fire” olacaq. Ölkə kubokunun həlledici qarşılaşması mayın 24-ü saat 14:00-da Bakı İdman Sarayında start götürəcək.
“Neftçi İK”nın hazırkı prezidenti 2009-2015-ci illər aralığında “Neftçi” Peşəkar Futbol Klubuna rəhbərlik etmiş Sadıq Sadıqovdur.
SPORTİNFO.AZ