Yeni təyinat oldu - İdarə Heyətinin növbəti iclasının qərarları

7 İyul 2022 03:50 Digər növlər 389
Yeni təyinat oldu - İdarə Heyətinin növbəti iclasının qərarları

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, məqsəd qurumun Texniki Komitəsinin əsasnaməsinin təsdiqi, komitənin üzvləri və sədrinin təyin edilməsi olub.

İclas zamanı müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib. İdarə Heyətinin yekdil qərarı ilə əsasnamə təsdiq olunub.

Daha sonra Kənan Mustafayevin Texniki Komitənin sədri, Məmməd Məmmədov, Səbinə Rzayeva, Oruc Məmmədli və Xannar Nəbiyevin isə üzv seçilməsi qərarı qəbul olunub.

Digər Xəbərlər
Xəbər Lenti