
Gənclər və idman naziri Fərid Qayıbov son aylarda bir neçə federasiyanı əhatə edən islahatlar barədə danışıb.
Sportinfo.az xəbər verir ki, o, bir çox idman təşkilatlarının fəaliyyətinin incələndiyini və hesabat seçki-konfranslarının təşkil olunduğunu bildirib:
"Güləş, Badminton, Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirildi.
Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olundu.
Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birlikdə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparıldı".