Azərbaycanlı Hüseyndən ABŞ-da möhtəşəm qələbə - VİDEO

6 Sentyabr 2021 16:00 Digər növlər 1 288
Azərbaycanlı Hüseyndən ABŞ-da möhtəşəm qələbə - VİDEO

ABŞ-da yaşayan həmyerlimiz Hüseyn Əliyev MMA döyüş növündə növbəti döyüşünə çıxıb.

Əliyev UFC-yə vəsiqə qazanmaq uğrunda Hyustonda keçirdiyi döyüşdə Qraves Kamaronla qarşılaşıb.

Hüseyn rəqibini ottaqona çıxmağa peşman edib. Belə ki, xeyli sayda azərbaycanlının da izlədiyi mübarizədə idmançımız böyük hesablı qələbəyə sevinib – 3:0.

Hazırda Hüseynin hesabında 17 döyüş var. 12 qələbə qazanan Əliyev, 4 dəfə məğlub olub, 1 halda heç-heçəyə razılaşıb.

Azərbaycan bayrağına bürünmüş həmyerlimizin qalib elan olunduğu həmin anın eksklüziv görüntülərini təqdim edirik:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş