1 saat davam etdi, sonda kim birinci oldu? - FOTO

5 İyun 2021 20:40 Digər növlər 592
1 saat davam etdi, sonda kim birinci oldu? - FOTO

“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Sportinfo.az xəbər verir ki, 1 saat davam edən son məşqdə yenə ən yaxşı nəticəni Pyerr Qasli göstərib.

“Alfa Tauri-Honda” komandasının pilotu dövrəni 1 dəqiqə 42,251 saniyəlik göstərici ilə başa vurub.

Dünən baş tutan ilk iki sərbəst yürüşdə müvafiq olaraq 6-cı və 5-ci olan Qasli bu dəfə dövrəni hamıdan sürətli qət edib. Onu dünənki ikinci sərbəst yürüşün qalibi Serxio Peres (“Red Bull”) və Luis Hamilton (“Mercedes”) izləyib.

Dünən keçirilən birinci sərbəst yürüşdə “Red Bull”un digər pilotu Maks Ferstappen hamıdan sürətli olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"