Cüdo Federasiyasının rəsmiləri Qəbələdə görüş keçiriblər

11 May 2017 09:48 Cüdo 641
Cüdo Federasiyasının rəsmiləri Qəbələdə görüş keçiriblər

Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri Qəbələ İdman Klubunun cüdoçuları ilə görüş keçiriblər. Sportinfo.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulanaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açılıb.

Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF-nin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qəbələ, İsmayıllı, Qax, Oğuz və diğər rayonların yeniyetmə cüdoçularına kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!