Millinin yeni bazası Qusarda açıldı - FOTOREPORTAJ

3 May 2017 19:48 Cüdo 1 059
Millinin yeni bazası Qusarda açıldı - FOTOREPORTAJ

Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub. Sportinfo.az-ın məlumatına görə, tədbirdə federasiya rəsmiləri, rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər və cüdoçular iştirak ediblər.

Mərasimdə yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Həmçinin göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Zalda Şimal-Şərq bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!