VİDEO+FOTO: AÇ-da "5" alan Azərbaycan millisi vətənə qayıtdı

25 Aprel 2017 11:12 Cüdo 844
VİDEO+FOTO: AÇ-da "5" alan Azərbaycan millisi vətənə qayıtdı

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış Azərbaycan cüdoçuları vətənə qayıdıblar. Avropa çempionatında Hidayət Heydərov (73 kq), Elxan Məmmədov (100 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, mötəbər turnirdə 2 qızıl, 3 bürünc qazanan və medalların əyyarına görə kişilərin komanda hesabında ikinci olan millinin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!