Millimizin sabiq baş məşqçisi 5 il türmədə "yaitacaq"

7 May 2020 10:24 Cüdo 776
Millimizin sabiq baş məşqçisi 5 il türmədə "yaitacaq"

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin cəzası qüvvədə saxlanılıb.

Sportinfo.az xəbər verir ki, ötən ilin sonlarında 5 il müddətinə həbs edilən 60 yaşlı mütəxəssis cəzasını sona qədər çəkəcək.

Çünki Avstriya Federal Ali Məhkəməsi olimpiya çempionu ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb. Ali Məhkəmə Zayzenbaherin etirazını qəbul etməyib.

2012-2013-cü illərdə Azərbaycanda işləmiş məşqçinin 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən idmançılarını zorladığı bildirilir. Zayzenbaherin 1999-cu ildəki ilk “qurbanı”nın 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib.

Bundan başqa, çalışdırıcı 2004-cü ildə 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!