Millimiz Avropa çempionatından diskvalifikasiya olundu

24 Aprel 2017 12:00 Cüdo 628
Millimiz Avropa çempionatından diskvalifikasiya olundu

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı başa çatıb. Sportinfo.az xəbər verir ki, komandalar arasında qalib bəlli olub. Kişilərin yarışında 16 ölkənin komandası çempionluq uğrunda mübarizə aparıb. Millimizin 1/8 finaldakı ilk rəqibi Monteneqro olub. Yığmamız balkanlıları darmadağın edib - 5:0.

Növbəti mərhələdə Çexiya ilə görüşdən qalib ayrılan yığmamız, yalnız Fransaya uduzaraq (2:3) finaldan kənarda qalıb. Təsəlliverici görüşlərdə yığmamızın ilk rəqibi Hollandiya millisi olub. Yığmamız bu dəfə də rahat qələbəyə sevinib - 4:1. Bürünc medal yolundakı son rəqib isə Ukrayna yığması olub. İlk üç çəkidə idmançılarımız qələbə qazansa da, son iki görüş baş tutmayıb.

Yığmamız artıq qələbəni təmin etdiyindən, 90 kq çəkidə mübarizə aparan və zədəsi olan Məmmədəli Mehdiyev rəqibiylə döyüşməkdən imtina edib. Bu hal əsasnaməyə zidd olduğundan, hakimlər Ukrayna millisinə texniki qalibiyyət verib. Beləliklə, yığmamız Avropa çempionatını medalsız başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!