Avropa çempionatının komanda yarışında ilk rəqibimiz

23 Aprel 2017 11:57 Cüdo 662
Avropa çempionatının komanda yarışında ilk rəqibimiz

Aprelin 23-də cüdo üzrə Avropa çempionatında komanda yarışı təşkil olunacaq. Sportinfo.az xəbər verir ki, bu mübarizədə də iştirak edəcək kişilərdən ibarət millimizin artıq ilk rəqibi də müəyyənləşib. Bu, Çernoqoriya yığmasıdı. 1/8 final mərhələsinə təsadüf edəcək bu görüşün qalibi 1//4 finalda Çexiya - Fransa cütünün qalibi ilə üz-üzə gələcək.

Komanda yarışı 5 çəki dərəcəsi üzrə(66, 73, 81, 90, +90) keçirilir. Burada ölkəmizi fərdi proqramda iştirak edən cüdoçulardan başqa, 66 kq-da Vüqar Şirinli və 90 kq-da Tural Safquliyev də təmsil edəcək. 2016-cı ildə Rusiya Federasiyasının Kazan şəhərində keçirilən Avropa çempionatında kişi cüdoçularımız tarixdə ilk dəfə komanda yarışının bürünc medalını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti