Ağlama, Elxan! - FOTOLAR

23 Aprel 2017 10:26 Cüdo 1 228
Ağlama, Elxan! - FOTOLAR

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Sportinfo.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə daha bir qızıl medal yazdırıb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionluğu sevincini yaşayıb.

Azərbaycan cüdoçusu finalda Fransa təmsilçisi Mareti ipponla məğlub edərək qitə çempionatının qızıl medalına sahib olub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov cüdoçumuzu tarixi qələbə münasibətilə təbrik etdi.

Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə 5-ci olub. Bununla da, Azərbaycan milli komandası 2 qızıl, 3 bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışlarda ikinci yerdə tamamlayıb..

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!