Elxan Məmmədova Avropa çempionluğu gətirən ippon - VİDEO

23 Aprel 2017 00:34 Cüdo 790
Elxan Məmmədova Avropa çempionluğu gətirən ippon - VİDEO

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının 3-cü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb. Sportinfo.az xəbər verir ki, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışıblar. Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finalda keçirdiyi ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb,

Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarımfinala yüksəlib. Qasımovla Məmmədov finala vəsiqə uğrunda görüşdə üz-üzə gəliblər. Bu dəfə daha təcrübəli olan dünya çempionu ipponla qalib gələrək, finala yüksəlib. Mehdiyevlə Qasımov isə həm yarımfinalda, həm də təsəlliverici görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər.

Məmmədov isə həlledici görüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, fransalı Siril Mareyə qızıl xalda ipponla qalib gəlib. Bununla da Azərbaycan təmsilçisi 2013-cü ildə əldə etdiyi dünya çempionluğundan sonra Avropa çempionu tituluna da yiyələnib. Bu, Avropa çempionatında 5-ci medal və ikinci "qızıl" olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!